Almaniyada yüzlərlə reys bu səbəbdən təxirə salındı

16:51 - 13 Mart 2023

Almaniyada yüzlərlə reys bu səbəbdən təxirə salındı

Almaniyanın Berlin-Brandenburq, Hamburq, Hannover və Bremen hava limanlarında işçilərin xəbərdarlıq tətili keçirməsi səbəbindən yüzlərlə reys təxirə salınıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Berlin-Brandenburq hava limanında çalışan təhlükəsizlik işçiləri Verdi İttifaqının çağırışı ilə həftə sonları və bayram günlərində verilən əlavə maaşların artırılmasını tələb edərək bir günlük aksiya keçirib.

Xəbərdarlıq tətili səbəbindən Berlin-Brandenburq Hava Limanında təxminən 270 reys ləğv edilərkən, işçilər hava limanının qarşısındakı Willy-Brandt meydanına toplaşaraq nümayiş keçiriblər.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin