Azad edilmiş ərazilərdə daha 48 mina aşkarlanıb - FOTO

16:03 - 13 Mart 2023

Azad edilmiş ərazilərdə daha 48 mina aşkarlanıb - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

 

ANAMA-dan Manset.az-a bildirilib ki, martın 3-dən 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Laçın, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 11 piyada əleyhinə mina, 37 tank əleyhinə mina və 328 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 754 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin