Azərbaycanda özəl baytarlıq xidmətinə keçidə start verildi

14:24 - 31 Avqust 2021

Azərbaycanda özəl baytarlıq xidmətinə keçidə start verildi

Bu gündən Azərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir. Bununla əlaqədar Bakıda “Özəl baytarlıq: Fermerlərə təkmil, rəqabətli və keyfiyyətli xidmət” mövzusunda konfrans keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Manset.az-a  verilən məlumata görə, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, aqrar sahədə xidmətləri fermerlər üçün daha əlçatan etmək, rəqabət mühitində göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə davamlı islahatlar aparılır. Özəl baytarlıq xidmətinin tətbiqi bunun bariz nümunəsi sayıla bilər.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə bildirib ki özəl baytarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə reyestrdən çıxarışlar təqdim ediləcək.

Qeyd edək ki, özəl baytarlıq xidmətinə keçid ölkədə mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1624 sahə baytar həkimini əhatə edir. Baytar həkimlər sentyabrın 1-dən bu ilin sonunadək mərhələli şəkildə Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyətə başlayacaqlar. 

Dövlət və özəl sektorda baytarlıq xidmətlərinin tənzimlənməsinə dəstək olmaq, baytar həkimlərinin qeydiyyatı və reyestrinin aparılması, özəl baytar həkimlərinin ortaq maraqlarını dövlət və qeyri-dövlət orqanlarında təmsil və müdafiə etmək bu quruma həvalə olunacaq.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin