Ənənəvi olaraq neytrallıq siyasətini davam etdirən İsveçrə Britaniya istehsalı olan 60 ədəd “Rapier” hava hücumundan müdafiə sistemini məhv etmək qərarı verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsveçrənin 1815-ci ildən rəsmi olaraq həyata keçirilən beynəlxalq problem və münaqişələrdə neytrallıq siyasəti Ukrayna müharibəsi ilə bir daha sınaqdan keçirilir.
Ukrayna qüvvələrinə demək olar ki, bütün Avropa paytaxtlarından hərbi təlim və silah dəstəyi verilərkən, Bern rəhbərliyi müharibə başlayandan bəri əlində saxladığı və ya başqa ölkələrə aldığı silahların Ukraynanın əlinə keçməsinin qarşısını almağa çalışır.
İsveçrə ordusu 60 ədəd Rapier hava hücumundan müdafiə batareyasını işlək vəziyyətdə məhv etmək qərarına gəlib.
Ordu sözçüsü xəbəri təsdiqləyərək hava hücumundan müdafiə sistemlərinin birinci hissəsinin məhv edildiyini, qalanlarının isə qısa müddətdə məhv ediləcəyini bildirib.
Manşet.az