Yunanıstanı sarsıdan qatar faciəsində dəhşətli iddia

14:00 - 13 Mart 2023

Yunanıstanı sarsıdan qatar faciəsində dəhşətli iddia

Yunanıstanda qatar qəzasının qurbanını təmsil edən vəkil Giorgos Bartzokisin sözləri ölkə gündəminə bomba kimi düşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəza qurbanını təmsil edən vəkil Giorgos Bartzokis bildirib ki, hadisədən saatlar əvvəl qatar stansiyasında şahidlər şənlik təşkil ediblər:

“Ölümlə nəticələnən qəzadan bir neçə saat əvvəl polis idarəsində olanların sərxoş halda məclis təşkil etdiyi iddia edilir. Şahidlər bizə faciəvi şeylər söylədilər, biz də onları eşidəndə inanmadıq” -  deyə, vəkil qəzadan 5 saat sonra aparılan spirt testinə reaksiya verib.

Qəzada səhv etdiyi iddia edilən dəmiryolçunun sərxoş ola biləcəyini vurğulayan vəkil bu iddianın araşdırılmalı olduğunu və stansiya rəisini saxlayan təhlükəsizlik qüvvələrinin bu kontekstdə ifadə verməli olduğunu əlavə edib.

Manşet.az


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin