Türkiyənin 3 şəhərində antiterror əməliyyatı: 11 nəfər tutuldu

12:59 - 13 Mart 2023

Türkiyənin 3 şəhərində antiterror əməliyyatı: 11 nəfər tutuldu

Türkyənin mərkəzi İstanbul olmaqla Bursa və İzmir şəhərlərində antiterror əməliyyatı həyata keçirilib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Terrorla Mübarizə Şöbəsi MLKP silahlı terror təşkilatının gənclər təşkilatı olan Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) fəaliyyətini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Təşkilat daxilində fəaliyyət göstərdiyi aşkar edilən 14 şübhəlinin şəxsiyyəti və ünvanı müəyyən edilib.

Araşdırmalar zamanı 14 nəfər haqqında həbs qərarı çıxarılıb.

Bursa və İzmirdə şübhəli şəxslərə aid bir çox ünvanda əməliyyat keçirilib.

Əməliyyat zamanı barələrində həbs qətimkan tədbiri seçilən 14 şübhəlidən 11-i saxlanılıb.

Digər 3 şübhəlinin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.

Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda təşkilat sənədi və rəqəmsal materiallar ələ keçirilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin