Yaponiyada Kovid-19 pandemiyasına qarşı maskaların istifadəsi ilə bağlı tənzimləmə yüngülləşdirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2020-ci ildən qüvvədə olan maska taxma tənzimləməsi ölkə daxilində fərdin seçiminə buraxılıb.
Müvafiq olaraq, insanların ictimai nəqliyyat vasitələrində, o cümlədən hava yolları, dəmir yolları və avtobuslarda maska taxması tələb olunmayacaq.
Təhsil müəssisələri tədris ilinin başlandığı aprelin 1-dən etibarən maskalı müraciətlərə, prinsipcə, son verəcək.
Müştərilərdən bərbər və gözəllik salonları kimi sıx əlaqə saxlanılan xidmət məntəqələrində maska taxmaq tələb oluna bilər.
Konsertlər kimi sosial tədbirlərdə iştirakçılardan bu tədbirlərin təşkilatçılarının qaydalarına riayət etmələri istəniləcək.
Manşet.az