İrandan Azərbaycana qanunsuz keçmək istəyən şəxslər saxlanıldı

12:00 - 13 Mart 2023

İrandan Azərbaycana qanunsuz keçmək istəyən şəxslər saxlanıldı

İrandan Azərbaycana qanunsuz keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıb.

 

Bu barədə Manset.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mart ayının 12-də saat 19:35-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən termal videomüşahidə kameraları vasitəsilə 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.

Sərhəd zastavasının xidməti ərazisi qapadılıb, sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları - Davud Əfşar Canmurad oğlu, Nadir Cümə Abdulrauf oğlu və Nəcibulla Halili Abdulnəzər oğlu olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin