<

Şəhərin mərkəzində hərbi təlim – Heyrətləndirici video

11:47 - 13 Mart 2023

Şəhərin mərkəzində hərbi təlim – Heyrətləndirici video

Fevralın 25-də Fransada başlayan və NATO müttəfiqlərinin iştirakı ilə həyata keçirilən “Orion23” təlimi başa çatıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransa, ABŞ, İtaliya, İspaniya, Belçika və İngiltərədən 7 min əsgərin qatıldığı təlimin son mərhələsi Fransanın Kahor şəhərində keçirilib.

Kahordakı təlimdə əsgərlər boş güllə, səs və tüstü bombalarından istifadə edərkən, mülki vətəndaşlar isə gündəlik həyatlarını davam etdiriblər.

Əsgərlər təlim ssenarisi çərçivəsində ələ keçirilən şəhəri geri alıblar.

Ətrafdakılar tərəfindən qeydə alınan görüntülərdə, əsgərlər yaşayış məhəlləsindəki toqquşmaları canlandırıb.

Manşet.az


Xəbər xətti

30 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin