Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir - FOTO

10:57 - 13 Mart 2023

Ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir - FOTO

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işləri davam edir.

 

Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Manset.az-a bildirib ki, Balakən rayonu ərazisində Balakənçayın hövzəsində, dəniz səviyyəsindən 1700-2200 metr yüksəklikdə və Zaqatala rayonu ərazisində Talaçayın hövzəsində, dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə ölçmə işləri artıq başa çatıb.

"Hazırda Zaqatala rayonu ərazisindən keçən Katexçayın hövzəsində qarölçmə işləri davam etdirilir."



Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin