Sülhməramlıların Qarabağdan tam çıxacağı TARİX AÇIQLANDI
26 Aprel 2024
09:27 - 13 Mart 2023
Tovuzda hoteldə 20 yaşlı qız ölüb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazisində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gedib:
“İlkin araşdırmalar nəticəsində ölən şəxsin 2003-cü il təvəllüdlü xanım olduğu müəyyən olunub. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallar onun dəm qazından boğulması istiqamətindədir. Faktla bağlı araşdırmalar davam etdirilir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin