"Qarabağ"dan Britaniya səfirinə cavab: "Gəlin, şərtləri razılaşdıraq" - FOTO

09:15 - 13 Mart 2023

"Qarabag" Futbol Klubu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun və səfirliyin əməkdaşlarının komandaya üzv kimi qəbul edilməsi təklifinə zarafatla cavab verib.

 

Manset.az xəbər verir ki,"Qarabağ" bu barədə tvitter hesabında paylaşım edib: "Böyük məmnuniyyətlə! (sizi üzv kimi qəbul edərik- red.) Qapılarımız üzünüzə açıqdır. İstədiyiniz zaman gəlin, müqavilə şərtlərini razılaşdıraq. Bizim üçün şərəf olar".

Qeyd edək ki, daha əvvəl Fergus Auld tvitterdəki hesabında səfirliyin əməkdaşlarının futbol oyununun fotolarını paylaşıb.

"Bu gün səfirliyin əməkdaşları ilə futbol oynadıq. Həm işdən ayrılan əməkdaşlarımız ilə sağollaşdıq, həm də həyatımıza idman qatdıq.
"Qarabag" Futbol Klubu, bizi üzv kimi qəbul edərsiniz?", - səfir kluba xitabən yazıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin