Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./apa