Mahsunun konsertində şəhid Anarın ifası... - VİDEO

23:37 - 12 Mart 2023

Mahsunun konsertində şəhid Anarın ifası... - VİDEO

Mahsun Kırmızıgül Bakı konserti zamanı onun fanatı olan azərbaycanlı şəhid Anar İsrəfilovun videosunu nümayiş etdirib.

 

Manset.az xəbər verir ki,  Anar görüntülərdə onun “Annem-annem” mahnısını səsləndirib. Kırmızıgül bildirib ki, şəhidin atası və övladları konsertdədir.

Daha sonra onları səhnəyə dəvət edib. Bu zaman zalda olan hər kəs ayağa qalxıb. Sənətçi səhnədə göz yaşlarına hakim ola bilməyib.

Mahsun bildirib ki, şəhidin hər iki övladının təhsil haqlarını özü qarşılayacaq. Müğənni onları İstanbula dəvət edəcəyinə də söz verib.

“Anar həmişə Mahsunun mahnılarını oxuyurdu. Nə vaxt baxırdım zümzümə edir. Hərbçi deyildi, vətən fədaisi idi. Əsgər yoldaşları deyir ki, orada da Mahsunun mahnısını oxuyurmuş. İstəyirdim Türkiyədə konsertinə gedim. Dedilər ki, Bakıya gəlir. Bu konsertə gəlməsəydim, içim rahatlıq tapmazdı”, - deyə, şəhidimizin atası bildirib.

Qeyd edək ki, A. İsrəfilov 1990-cı il yanvarın 4-də Ağdaşda anadan olub. O, 2020-ci il sentyabrın 27-də vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oktyabrın 26-da isə elə həmin istiqamətində şəhid olub. İsrəfilov Ağdaş rayonunda dəfn olunub. Ölümündən sonra Anar  Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən. “Vətən uğrunda” medalı ilə təltif edilib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin