""Barselona" gözdən salma kampaniyasının qurbanı oldu"

22:10 - 12 Mart 2023

"Barselona"nın prezidenti Joan Laporta kluba qarşı irəli sürülən ittihamlar barədə fikirlərini bölüşüb.

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, "Barselona" keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselin texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya etdiyi ödənişlərdə korrupsiya olması ehtimalına görə günahlandırılır.

Laporta bu məsələlərlə bağlı öz Tvitter hesabında paylaşım edib. O yazıb:

"Barselona" ittiham olunduqları şeydə günahkar deyil. Klub gözdən salma kampaniyasının qurbanı olub. Bunda təəccüblü heç nə yoxdur, biz “Barselona”nı müdafiə edəcəyik və klubun günahsız olduğunu sübut edəcəyik. Çoxları öz səhvlərini düzəltməli olacaqlar”.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin