<

Jurnalistlər Prezidentə müraciət etdilər

18:14 - 12 Mart 2023

Jurnalistlər Prezidentə müraciət etdilər

Qarabağ müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü olan jurnalistlər Prezidentə müraciət ediblər.

 

Manset.az xəbər verir ki, müraciətdə deyilir:

"Möhtərəm Prezident.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Sizin böyük uğurla davam etdirdiyiniz daxili və xarici siyasətin, o cümlədən ordu quruculuğunun labüd nəticəsi olaraq, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ azadlığına qovuşdu.

Biz media nümayəndələri də informasiya cəbhəsində mübarizə apararaq, Sizin rəhbərliyiniz altında görülən işlərin bütün dünyaya çatdırılmasına, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasına, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasına töhfə verməyə çalışdıq.

Qarabağ müharibəsi veteranları olan bir qrupumuz isə müxtəlif dövrlərdə döyüş əməliyyatlarında iştirak edib və yaralanlar da olub. Bizlər Sizin sərəncamınızla döyüşlərdə göstərdiyimiz şücaətlərə görə müxtəlif meallarla təltif olunmuşuq. Biz Sizin Ali Baş Komandanlığınız ilə bundan sonra da istənilən döyüşlərdə iştirak etməyə hazırıq!

Cənab Ali Baş Komandan
Sizin sərəncamınızla inşa edilən, jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə 20 iyul 2017-ci ildə mənzillərin paylanması mərasimində Siz də iştirak etmişdiniz. O zaman bizim sosial problemlərimizin həllinə dövlətimizin daim dəstək olacağını vurğulayaraq bildirmişdiniz: “Jurnalistlərin məişət problemlərinin həlli üçün bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır”. Bu sözlərinizlə bizim sosial problemlərimizin həllinə dövlətimizin dəstək olacağına inamımızı daha da gücləndirmisiniz.

Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında xidməti olan müharibə veteranlarının sosial problemlərini hər zaman diqqətdə saxlamağınız, media nümayəndələrini özünüzün köməkçiləriniz hesab etməyiniz Sizə bu müraciəti ünvanlamağa bizdə inam yaratdı.

Ölkəmizdə “Heydər Əliyev İli” elan olunmuş bu 2023-cü ildə müharibə iştirakçısı və şəhid ailəsindən olan jurnalistlərin mənzil problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən növbəti addımın atılmasını xahiş edir, bunun bizlərin sonsuz sevincinə səbəb və fəaliyyətimizdə böyük stimul olacağına Sizi əmin etmək istəyirik.
Sizin sərəncamınızla inşa edilən, jurnalistlər üçün tikilmiş üçüncü  binada mənzillər bölünərkən Qarabağ müharibəsi veteranı, əlili və şəhid ailəsi üzvü olan jurnalistləri də nəzərə almağınızı xahiş edirik.

Hörmətlə,

1. Məmmədli Bəxtiyar Feruz oğlu - Şəhid ailəsi (“Kaspi” qəzeti, müxbir)
2. Ağayev İlham Əli oğlu (İlham Tumas) -  Müharibə veteranı (İctimai Televizya, redaktor) 
3. Bəbirov Rza İmran oğlu - Müharibə əlili (ATV, koordinator-prodüser) 
4. Eyvazov Şöhrət Qulam oğlu- Müharibə veteranı (İctimai Televizya, müxbir) 
5. Salayev Nahid Mirsamid oğlu - Müharibə əlili ("Bakı-Xəbər" qəzeti, jurnalist, "Aria.az", redaktor)
6. Məmmədli Yelmar Valeh oğlu - Müharibə veteranı (Baku TV, redaktor)
7. Əliyev Müseyib Siyasət oğlu - Müharibə veteranı (Space TV, texnik) 
8. Əzizov Daşqın Mehdi oğlu - Müharibə veteranı (Offside Sport Media, direktor) 
9. Məmmədov Mahal Şahniyar oğlu - Müharibə veteranı (Azərbaycan Futzal Federasiyasının mətbuat katibi) 
10. Məmmədov Səbuhi Ədalət oğlu - Müharibə veteranı (“Report" İnformasiya Agentliyi, montajçı) 
11. Məcidli Bəxtiyar İftixar oğlu - Müharibə veteranı (ATV, redaktor )
12. Cəfərzadə Orxan Azat oğlu - Müharibə veteranı (“Kəpəz TV”, müxbir) 
13. Şərəfxanlı Nəsimi Çərkəz oğlu - Müharibə veteranı (Cumhuriyyet.az, baş redaktor)
14. Baxşəliyev Rəşad Fizuli oğlu - Müharibə veteranı ("Azərbaycan" qəzeti, redaktor)
15. Rəşidov Rəşad Valeh oğlu - Müharibə veteranı (İctimai Televiziya, müxbir)
16. Məmmədov Zaur Əhməd oğlu - Şəhid ailəsi (“Unikal Media Qrup”, baş redaktor)


Xəbər xətti

29 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin