Ərdoğan Hataya getdi

16:14 - 12 Mart 2023

Ərdoğan Hataya getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən zəlzələdən zərər çəkən Hatay şəhərinə gedib.

 

Manset.az “Qafqazinfo”ya  istinadən xəbər verir ki, səfərdə Ərdoğanı MHP sədri Dövlət Baxçalı müşayiət edir.

Bölgədəki Kırıkhan Stadionunun yanındakı çadır şəhərciyi ziyarət edəcək Ərdoğanın Samandağda muxtarlar və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcəyi gözlənilir. Prezident Ərdoğanın Qətərdən gələn konteynerlərin quraşdırıldığı əraziyə və Antakyadakı Defnedəki konteyner sahə xəstəxanasına da baş çəkəcəyi bildirilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin