Ermənistanda keçmiş deputat Gevork Petrosyan saxlanılıb.
Manset.az xəbər verir ki, bu barədə Petrosyan özünün Feysbuk hesabında yazıb.
“Hörmətli həmvətənlərim! Bu gün mən olduqca gülməli maddə ilə saxlanılmışam”, - Petrosyan bildirib.
Qeyd edək ki, bir müddət öncə Ermənistanda sürücünün yol patrul xidmətinin əməkdaşına tabe olmaması ilə bağlı video yayılmışdı. Daha sonra sürücünün Gevork Petrosyan olduğu üzə çıxmışdı.