Azərbaycanın tanınmış professoru VƏFAT ETDİ - FOTO

11:48 - 12 Mart 2023

Azərbaycanın tanınmış professoru VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor, el ağsaqqalı Eldar Mehralı oğlu Qocayev vəfat edib.

 

Manset.az xəbər verir ki, alim martın 11-də gecə saatlarında dünyasını dəyişib.

Qocayev Eldar Mehralı oğlu 1944-cü ildə anadan olub.

1973-1990-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb. Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görüb. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülüb.

Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru, 1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, vəfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəri idi.

Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqaləsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.

O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!



Xəbər xətti

17 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin