Yola yağ dağıldı "20 Yanvar" dairəsi bağlandı - FOTOLAR

09:13 - 31 Avqust 2021

Yola yağ dağıldı

Paytaxtın Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

 

Bu barədə Manset.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Belə ki, gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda müvafiq qurumların xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkıti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.



Xəbər xətti

25 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin