"Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib" - Çavuşoğlu

23:59 - 11 Mart 2023

"Zəlzələ bölgəsini ən son Azərbaycan xilasediciləri tərk edib".

 

Manset.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Malatyada keçirdiyi mətbuat konfransında deyib.

XİN rəhbərinin sözlərinə görə, yerli xilasedicilər hadisə yerinə gecə-gündüz fasiləsiz çalışır: "Xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb. Ən son zəlzələ bölgəsini tərk edən can Azərbaycandan olan xilasedicilər olub. Onlar da işlərini başa çatdırıb geri qayıdıblar". 

Çavuşoğlunun sözlərinə görə, ümumilikdə 90 ölkədən 11 mindən çox insan Türkiyədə axtarış-xilasetmə işlərinə cəlb olunub.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin