Biz bu yardıma görə çox minnətdarıq - İsraildəki səfirimiz

22:24 - 11 Mart 2023

Biz bu yardıma görə çox minnətdarıq - İsraildəki səfirimiz

İsrail 2020-ci ildə Ermənistanın işğal etdiyi ərazilərin azad edilməsi uğrunda apardığı müharibədə Azərbaycana kömək edib.

 

Manset.az xəbər verir ki, bunu Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov ölkənin aparıcı telekanalı olan "Kanal 12"yə müsahibəsində bildirib.

O qeyd edib ki, İsrail Azərbaycanla təcrübə mübadiləsi edib və müasir texnologiyalar satıb. "Biz bu yardıma görə çox minnətdarıq və Müharibədən sonra Azərbaycanın müxtəlif bölgələrində İsrail bayraqlarının görünməsi çox simvolikdir", - diplomat vurğulayıb.

İran təhlükəsi ilə bağlı sualı cavablandıran Muxtar Məmmədov deyib ki, Azərbaycan regionda sülhün qorunması üçün əlindən gələni edir. O, həmçinin qeyd edib ki, Bakı Tehrandan Azərbaycan səfirliyində törədilən terror aktını araşdıracağını və günahkarların cəzalandırılmasını gözləyir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin