Gürcüstanda yenidən aksiya keçirilir - Bu dəfə səbəb fərqlidir

21:52 - 11 Mart 2023

Gürcüstanda yenidən aksiya keçirilir - Bu dəfə səbəb fərqlidir

Gürcüstan parlamentinin binası qarşısında Müdafiə Məcəlləsinə edilən dəyişikliklərə qarşı etiraz aksiyası keçirilir.

 

Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, aksiya liberal hesab edilən "Girçi" partiyası tərəfindən təşkil edilib.

Aksiyaçılar Gürcüstanda hərbi xidmətin məcburi olmasına etiraz edir. Müxalifət nümayəndələri hərbi xidmətin könüllü əsaslarla olmasını tələb edir.

Qeyd edək ki, Gürcüstanın Müdafiə Nazirliyi tərəfindən hazırlanmış “Müdafiə Məcəlləsi” fevralın 6-da parlament komitəsinə təqdim edilib. Yeni qanun layihəsi din xadimlərinin də məcburi hərbi xidmətə cəlb edilməsini nəzərdə tutur. Dəyişikliyə əsasən, din xadimləri qeyri-hərbi, alternativ əmək xidmətinə çağırılacaq.

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya dünən qanun layihəsini geri götürdüyünü elan edib. Bu gün Gürcüstan parlamentində qanun layihəsi ikinci oxunuşda rədd edilib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin