DYP ali məktəblərdə maarifləndirmə tədbirlərinə başladı

21:19 - 11 Mart 2023

DYP ali məktəblərdə maarifləndirmə tədbirlərinə başladı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ali məktəblərdə yol hərəkəti təhlükəsizliyi qaydaları, eləcə də təhlükəsizlik mədəniyyətinin gənc nəsildə düzgün şəkildə formalaşdırılması məqsədilə tədbirlərə başlayıb.

 

İdarənin inspektoru, polis baş leytenantı Pərvanə Muradova Manset.az-a bildirib ki, ilk belə tədbir Azərbacan Memarlıq və İnşaat Universitetində baş tutub.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri təhlil olunduqda, 17-29 yaş qrupuna daxil olan gənclərin hadisə qurbanları içərisində sayı çoxluq təşkil edir:

"Hər bir gəncin yüksək bilik və bacarıqlarının formalaşdırılması ilə yanaşı, nizam-intizamlı olması, xüsusən də yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün olduqca əhəmiyyətlidir".

Belə tədbirlərin ilin sonunadək Bakı şəhərində bütün ali məktəblərdə keçirilməsi nəzərdə tututulur.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin