"Real"dan qələbə - VİDEO

20:05 - 11 Mart 2023

İspaniya La Liqasının XXV turu Madrid – Barselona qarşıdurması ilə əlamətdar olub.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxtın “Real” klubu öz meydanında Barselona təmsilçisi “Espanyol”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı qonaqlar açıb. Xoselu 8-ci dəqiqədə fərqlənib.

Bundan sonra Vinisius Junior (22-ci dəqiqə) və Eder Militao (39) ilk, Marko Asensio isə (90+3) ikinci hissədə hərəyə bir qol vuraraq “kral klubu”nun qələbəsini rəsmiləşdiriblər – 3:1.

Bu nəticə ilə xallarının sayını 56-a çatdıran “Real” turnir cədvəlinin ikinci pilləsindəki yerini qoruyub. “Espanyol” isə 27 xalla 14-cüdür.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin