Finlandiyanın baş naziri Ukraynaya qırıcıların tədarükünü istisna etmədi

19:00 - 11 Mart 2023

Finlandiyanın baş naziri Ukraynaya qırıcıların tədarükünü istisna etmədi

Helsinki “McDonnell Douglas F/A-18 Hornet” qırıcılarının Ukraynaya təhvil verilməsi məsələsinə baxacaq.

 

Manset.az oxu az-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Sanna Marin bildirib.

 “Hesab edirəm ki, biz “Hornet”in Ukraynaya verilməsinin mümkünlüyü və bunun üçün hansı hazırlıq tələb olunduğunu müzakirə edə bilərik”, - deyə o vurğulayıb.

Marin bu məsələ ilə bağlı müzakirələrin ilkin mərhələdə olduğunu və Finlandiyanın beynəlxalq səviyyədə tərəfdaşlığa ehtiyac duyacağını vurğulayıb.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında Qərb qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı artıq müəyyən müsbət qərarların olduğunu bəyan edib. Slovakiya və Polşa artıq Ukraynaya “MiQ-29” qırıcıları göndərmək barədə razılığa gəlib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin