Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
23:47 - 30 Avqust 2021
Hindistanın Firozabad şəhərində son sutkada 12 uşaq “sirli yüksək temperatur”dan həyatını itirib.
Manşet.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Bildirilib ki, Uttar Pradeş vilayətinin bəzi bölgələrində yayılan temperatur səbəbindən keçən həftə 40-ı uşaq olmaqla, 68 nəfər ölüb.
Xəstələrin çoxunda yüksək atəş, orqanizmdə suyun azalması və trombosit sayının qəflətən azalması müşahidə edilib. Sağalma müddəti 10 günü ötdüyü üçün dövlət xəstəxanalarının yataq sayında doluluq formalaşıb.
Aqra, Matura, Mainpuri, Etah və Kasqanj bölgələrindən çox sayda yoluxma məlumatı daxil olub. Firozabad “sirli xəstəliyin” ən çox görüldüyü bölgədir. Burada son sutkada 12 uşaq ölüb, ölümlərin dəqiq səbəbi araşdırılır.
Firozabad tibb fakültəsində 135 uşaqdan 72-nin yaşamaq uğrunda mübarizə apardığı bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin