COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

16:52 - 11 Mart 2023

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 230 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 77, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13951282, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5404999, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4879457, üç və daha çox doza vaksin vurduranların sayı 3401069, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265757 təşkil edir.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin