<

Sirkin yaxınlığında tələbənin vurulma anı - Video

12:23 - 11 Mart 2023

Sirkin yaxınlığında tələbənin vurulma anı - Video

Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı daha bir video yayılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdə hadisənin başvermə anı kameralara düşüb. Videoda Tibb Universitetinin IV kurs tələbəsi Fəqan Rəhimlinin vurulması anbaan qeydə alınıb.

Qeyd edək ki, F.Rəhimli insident vaxtı ayağından yaralanıb. Hadisə zamanı tələbə ilə yanaşı, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov da silahla vurulub. Hər iki şəxs xəstəxanadadır.

İnsidentin kriminal hesablaşma çərçivəsində baş verdiyi iddia edilir.

 


Xəbər xətti

23 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin