Düşmənlər birləşir: Qarabağda DƏHŞƏTLİ HADİSƏLƏR OLACAQ - Bir bu şəxs bilir ki...

10:32 - 11 Mart 2023

Düşmənlər birləşir: Qarabağda DƏHŞƏTLİ HADİSƏLƏR OLACAQ - Bir bu şəxs bilir ki...

Erməni silahlı qüvvələrinin bölmələri son günlər yenidən aktiv şəkildə müxtəlif istiqamətlərdə mövqelərimizi intensiv şəkildə atəşə tutmağa başlayıb. Bu, Azərbaycan üçün ciddi siqnaldırmı? Bəli!

Məqsəd bəllidir, istər Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı separatçı rejim qalıqlarının silahlı dəstələri tərəfindən olsun, istərsə də sərhəd boyunca Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri tərəfindən açılan atəşin bir məqsədi var:

- Azərbaycan silahlı qüvvələrini cavab atəşi açmağa təhrik etmək

Niyə?

Bu gün Azərbaycan müxtəlif istiqamətlərdən hücuma məruz qalır. Şərqi Avropadakı hadisələrə görə bir-birinə atəş açmadığı silah qoymayan Rusiya və Qərb Azərbaycan-Ermənistan məsələsində həmfikirdirlər.

Keçən il sentyabrda törədilən təxribatdan sonra Avropa Birliyi Ermənistana missiya göndərdi, ardınca ATƏT-in missiyası kimi təqdim edilən nümayəndələrin səfəri baş tutdu, amma rəsmi Bakı sübut etməyi bacardı ki, onlar Ermənistanın dostlarıdır, ermənipərəst mövqedən çıxış edirlər. Əgər xatirinizdədirsə, dekabr ayında missiyanın fəaliyyəti başa çatan ərəfədə yenidən silahlı insidentlər fəallaşdı. Ardınca Bakının razılığı və mövqeyi olmadan Aİ qərar verdi ki, yarısı hərbiçi olmaqla, silahlı şəxslərdən ibarət 100 nəfərlik "mülki" missiya Azərbaycanlıa sərhəddə göndərsin. İndi isə belə görünür ki, missiyanın 100 nəfərdən ibarət olması Fransanın başbilənlik etdiyi Qərbi qane etmir. Nümayəndələrin sayını artırmaq istəyən Qərb Azərbaycanla sərhəddə gərginliyin hökm sürməsində maraqlıdır. 

Eyni situasiya Rusiya üçün də keçərlidir. Belə ki, 10 noyabr üçtərəfli bəyanatı ilə 2025-ci ilin ilk yarısının tamamında artıq Qarabağı tərk edəcəkləri gözlənilən sülhməramlı kontingentin bölgədən çıxması Moskvanın işinə yaramır. Düzdür, Avropa ittifaqı da məhz sülhməramlılarla təxminən eyni ərəfəyə kimi Azərbaycanla sərhəddə fəaliyyət göstərmək barədə razılığa gəliblər, amma bu gün sərhəddəki insidentlər deməyə əsas verir ki, Rusiya da yaxşı başa düşür ki, məhz bu məsələdə Qərbin əli var və gərginliyi də məhz missiya üzvünün sayını artırıb, daha çox heyyətlə qeyri-müəyyən zamana kimi mövqe alsınlar. 

Bunu belə hesab edən Rusiya da belə bir məqamda Qarabağdan çıxmağı mövqe savaşında ciddi geriləmə, itki hesab etdiyi üçün digər yandan da sülhməramlılarının mmüvəqqəti nəzarət zonasında təxribatların ikinci dalğasını müşahidə edirik, təəssüf ki, müddət dolmağa doğru getdikcə hər ötən gün istər sərhəddə, istərsə də Qarabağda silahlı insidentlərin sayının və miqyasının böyüyəcəyi istisna edilmir. 

Əslində hər iki qütb - Rusiya və Fransanın idarə etməyə çalışdığı Qərb regiondakı qlobal maraqları üzündən Azərbaycanın suverenliyini bada vermək, ərazi bütövlüyünü təhdid altına qoymaqla məşğuldurlar. Bu situasiya isə ən çox erməni separatçılarının işinə yarayan yoldur. Çünki separatçıların hədəfləri bəllidir: Azərbaycana inteqrasiyanı rədd etmək. Bunun üçün iki fərqli qüvvə tərəfindən bu vəə ya digər şəkildə dəstəkləri də var.

Burada digər maraqlı məqam isə ondan ibarətdir ki, Nikol Paşinyan hakimiyyəti də həm daxili qüvvələr vasitəsilə, həm dəkənar qüvvələrin fəallığı nəticəsində paralel olaraq adıçəkilən ərazilərdə sabotaja əl atır. İrəvan tərəfindən Avropa Birliyi ilə Rusiyanı, Rusiya ilə Avropa Birliyini şantaj etmək kimi siyasət aydın sezilir. Bütün bu proseslərlə yanaşı Ermənistan hakimiyyətinin Rusiya və Qərblə koordinasiyalı şəkildə işlədiyi də diqqətdən yayınmır. 

İrəvan Qərb və Moskvanın sülhə təhdid olan, regional təhlükəsizliyi sabotaj edən addımları bu qədər dəstəkləməsindən məmnundur. Çünki destruktiv mövqeyindən müharibənin bitdiyi 3 il ərzində bir an olsun əl çəkməyən Ermənistan üçün vaxt qazanmaq, revanş məqsədi ilə istər geosiyasi, istərsə də hərbi balansın dəyişməsi nəzərdən bu proseslər bir fürsət kimi görünür. 

Amma Bakı ilə İrəvan arasında sülh məsələsində bir tərəf də var ki, Cənubi Qafqazda Qərb və Rusiyadan fərqli olaraq sabitliyi ən çox istəyən tərəf görüntüsü yaratmaqla son günlər diqqət mərkəzindədir. 

4 gün sonra amerikalı diplomat Bakıya niyə qayıtdı?

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə yeni baş müşaviri Lui Bono martın 6-da Bakıda prezident İlham Əliyevlə görüşdükdən sonra İrəvana gedib Nikol Paşinyanla fikir mübadiləsi apardı. Adətən bölgəyə gəliş iki ölkəyə səfərlə yekunlaşır. Ancaq amerikalı diplomat yenidən Bakıya qayıdaraq xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Doğrudur, Bono martın 6-da Bakıda olanda Ceyhun Bayramov ölkədə yox idi. Afma fikrimcə, amerikalı diplomatın Bakıya qayıdış səbəbi Ceyhun Baryamovla görüş deyildi. Bono Bakıdan İrəvana və yenidən Bakıya geri qayıtmaqla iki ölkə arasında sülh sazişi üzərində danışıqları intensivləşdirmək, sülh mətnini hazırlayıb yaxın tezlikdə yekunlaşdırmaq istəyir. 

İndiki məqamda əsas odur ki, Bononun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında ciddi müzakirələr bu həftə də davam edib. İstisna edilmir ki, ABŞ Dövlət Departamentinin region üzrə baş məsləhətçisi Luis Bono Bakıdakı səfərindən sonra Azərbaycanın baxış bucağını Paşinyan tərəfinə çatdırıb. İrəvanın mövqeyi dəqiqləşdirildikdən sonra isə Bono Ermənistandan marşurutu yenidən Bakı istiqamətinə yönəldib.

Bu məqamda o diqqətdən yayınmadı ki, Bononun Cənubi Qafqaza səfəri müddətdə Qarabağda növbəti silahlı insidentlər, təxribatlar bir-birini əvəz etdi. Bu, Vaşinqtonun bölgədə sülhü bərqərar etmək cəhdlərinə Ermənistandan çox Fransa və Rusiyanın etiraz mesajlarından başqa bir şeyə bənzəmədi. Amma Lusi Bononun son 5 gün ərzində İrəvan-Bakı, Bakı-İrəvan və yenidən İrəvan-Bakı marşurutu üzrə yol çızması məhz bu diplomatın son proseslər fonunda bu zamana kimi əsas "sirr pərdəsi" olduğunu deməyə əsas verir.

Hadisələrin bu cür inkişafı Azərbaycanı ehtiyyat tədbirlərini gücləndirməyə əzmin yaradır, Bakını sülhə alternativ variantlar üzərində ciddi düşünməyə vadar edir. Regionda mövqe savaşından asan-asan əl çəkəcəyi görünməyən Rusiya və Qərbin təxribat planlarının növbəti hərbi toqquşmaya gətirib çıxaracağı ehtimalları yüksəkdir. Xüsusilə də Vaşinqtonun baştutmasına çalışdığı Brüssel görüşü baş tutarsa və Paşinyan Bakının tələbləri qarşısında əllərini qaldırmış olarsa, Qarabağ və Zəngəzur istiqamətində Ermənistanla Azərbaycan arasında növbəti savaşın başladılması istiqamətində Moskva və Parisdən ciddi cəhdləri gözləməyə dəyər. 

Bu səbəbdən də Azərbaycan tərəfi 2023-cü ildə ən münbit zaman axtarışını davam etdirməlidir. Çünki qarşıdakı növbəti 2 il Bakının hədəflərə çatmaq üçün əldə edə biləcəyi ən yaxşı şans kimi dəyərləndirilə bilər. Çünki artıq 1 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsinin bundan sonra da ən azı bu qədər davam edəcəyini nəzərə alsaq, bu savaşın sonunda dünyanın yeni coğrafı xəritəsinin müəyyənləşəcəyini düşünə bilərik. Azərbaycan məhz bu zaman kəsiyindən yararlanıb, istədiyi və haqq etdiyi hər şeyi geri almaq, məqsədinə çatmaq üçün bütün imkanlardan istifadə edəcək kimi görünür. Çünki Bakı son dövrlər geosiyasi reallıqla, qlobal çağırışlarla ayaqlaşmağı, hadisələrin ritmini tutmağı çox yaxşı bacarır. 

Atabəy Türkel 


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin