Bu ölkədə korona ilə mübarizə bitdi

23:13 - 10 Mart 2023

Bu ölkədə korona ilə mübarizə bitdi

Niderlandda koronavirusla bağlı karantin rejimi ləğv edilib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə, rifah və idman naziri Ernst Kuipers bildirib.

Belə ki, Nazirlər Kabineti ölkədə bu günə qədər qüvvədə olan koronavirusa qarşı mübarizə tədbirlərinin ləğv edilməsi barədə qərar verib.

Nazirin sözlərinə görə, xəstəliyin simptomları aşkar edildikdə özünütəcrid və testdən keçmək tövsiyəsi də ləğv edilib. Bu isə o deməkdir ki, Niderlandda koronavirusla mübarizəyə yanaşma respirator virus infeksiyaları ilə mübarizə ilə eyni olacaq.

"İndi bunu həqiqətən də qrip adlandırmaq olar", - nazir vurğulayıb.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin