Çanaqqalanın Ayvacık rayonu sahillərində yunanlar tərəfindən Türkiyə ərazi sularına geri qaytarılan 43 qeyri-qanuni miqrant xilas edilib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, rezin qayıqlarla üzən miqrantlar Yunanıstandan Türkiyə sahillərinə göndərilib.
“TCSG-28” qayığı ilə bölgəyə istiqamətlənən qruplar, yunan ünsürləri tərəfindən yenidən Türkiyə ərazi sularına sıxışdırılan 43 nizamsız miqrantı rezin qayıqla endirib.
Əcnəbi vətəndaşlar əməliyyatlarının ardından Ayvacık Xaricilər Mərkəzinə aparılıb.
Jalə
Manşet.az