Bakıda sürücülər əlbəyaxa davaya çıxıb.
Manset.az-ın məlumatına görə, hadisə Nizami rayonunda baş verib.
Belə ki, rayonun Mehdi Abbasov küçəsində "Toyota Prius" markalı avtomobil 90-PS-165 qeydiyyatlı nişanlı "Toyoto Corolla" ilə toqquşub.Sonra "Prius"u idarə edən şəxs digər sürücünü döyərək ərazidən uzaqlaşıb.
Döyülən sürücü hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.
Manşet.az