Bu sürücülər barəsində protokol tərtib olundu - FOTO

19:52 - 10 Mart 2023

Bu sürücülər barəsində protokol tərtib olundu - FOTO

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanıb. Onlarla maarifləndirici söhbət aparılıb və qanunvericiliyin tələbləri izah edilib. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunub.



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin