Həbsxanadakı şəxsin basdırdığı silah tapıldı

18:41 - 10 Mart 2023

Həbsxanadakı şəxsin basdırdığı silah tapıldı

Bakıda həbs olunan şəxsin evindən silah tapılıb.

 

Bu barədə Manset.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının Daxili İşlər Nazirliyi Baş Cinayət-axtarış İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxsin Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinin arxasında gizlətdiyi 1 ədəd "Vinçester" markalı silah və 4 ədəd patron aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin