Silahlı insidentlə bağlı 3 nəfər saxlanıldı

18:22 - 10 Mart 2023

Silahlı insidentlə bağlı 3 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayıb.

 

DİN-in Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. 

Əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır. 

Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. 
Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin