Xankəndi-Laçın yolunda BQXK-yə məxsus avtomobillər keçdi

18:11 - 10 Mart 2023

Xankəndi-Laçın yolunda BQXK-yə məxsus avtomobillər keçdi

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

 

Manset.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 8 minik və 1 yük avtomobili Laçından Xankəndi istiqamətinə keçid edib.

Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin