Messinin adını eşidən Ronalda azarkeşlərə qəzəbləndi - VİDEO

17:48 - 10 Mart 2023

Messinin adını eşidən Ronalda azarkeşlərə qəzəbləndi - VİDEO

"Əl Nəsr"in "Əl İttihad" ilə oyunu zamanı azarkeşlərin “Messi” deyə qışqırması Ronaldonun qəzəbinə səbəb olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kriştianu Ronaldonun çıxış etdiyi "Əl Nəsr" Səudiyyə Ərəbistanı Liqasının 20-ci həftəsində çempionatdakı ən böyük rəqibi "Əl İttihad"a səfərdə 1:0 hesabı ilə məğlub olub. Qarşılaşmada nəticəsiz qalan portuqaliyalı ulduz final fitindən sonra çox əsəbiləşib.

Qarşılaşma zamanı “Əl İttihad” azarkeşlərinin “Messi” şüarlarını eşidəndə əlləri ilə “danışma” jesti edən Ronaldo matçın son fitinə qəzəblənib. Məğlubiyyətə çox əsəbiləşən portuqaliyalı ulduz paltardəyişmə otağına gedərkən meydançanın kənarındakı su qabına təpik atıb. Ronaldonun komanda yoldaşları onu sakitləşdirməyə çalışıblar.

Manşet.az

 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin