Eks-prezidentə 36 aylıq “profilaktik həbs cəzası” - FOTO

17:12 - 10 Mart 2023

Eks-prezidentə 36 aylıq “profilaktik həbs cəzası” - FOTO

Perunun eks-prezidenti Pedro Kastilyoya qarşı cəza müddəti 18 aydan 36 aya qədər uzadılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qərar Kastilyonu araşdıran Peru Ali Məhkəməsi tərəfindən qəbul edilib.

Dekabr ayında tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra həbs edilən Kasrilyo iğtişaşlarda ittiham olunub. Prokurorluq buna cinayət təşkilatına rəhbərlik, sövdələşmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi cinayətləri də əlavə edib.

Ali Məhkəmənin təhqiqatına rəhbərlik edən hakim 3 illik qabaqlayıcı hökm çıxarıb. Qərara səbəb Kastilyonun cinayət təşkilatının lideri olmaqda ittiham olunması olub. Kastilyo ilə yanaşı, nəqliyyat naziri və şəhərsalma, inkişaf və infrastruktur naziri 36 ay həbs cəzasına məhkum edilib.

Manşet.az



Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin