"Tbilisidə baş verənlər Kiyev Meydanını xatırladır" - Lavrov

15:54 - 10 Mart 2023

“Gürcüstanda baş verənlər Kiyev Maydanına çox bənzəyir. Şübhə yoxdur ki, sadəcə büdcəsinin 20%-i həcmində xaricdən maliyyə alan qeyri-hökumət təşkilatlarının qeydiyyatı haqqında qanun sadəcə olaraq, güc yolu ilə hakimiyyəti dəyişmək cəhdinə başlamaq üçün bəhanə idi”.

 

Mansetaz Bakupost.az-ə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.

Xatırladaq ki, Gürcüstanda etirazlar parlamentdə “Xarici agentlər haqqında” qanunun birinci oxunuşda qəbul edilməsindən sonra başlayıb. Nümayişlər polislə toqquşmaya çevrilib. Nəticədə qanun layihəsi parlamentdən geri götürülüb və etirazlar zamanı saxlanılanların hamısı sərbəst buraxılıb.

Qeyd edək ki, oxşar qanun Rusiyada qəbul olunub.


Xəbər xətti

17 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin