Bakıda silahlı insidentdə yaralananların kimlikləri AÇIQLANDI - YENİLƏNDİ

15:25 - 10 Mart 2023

Bakıda silahlı insidentdə yaralananların kimlikləri AÇIQLANDI - YENİLƏNDİ

Bakıda silahlı insident zamanı xəsarət alanların kimlikləri məlum olub. 

DİN-dən Manset.az-a verilən məlumata görə, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.

Onlar xəstəxanaya çatdırılıblar.

15:02

Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb. 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb. 

Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər. 

TƏBİB-dən Manset.az-a verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin