Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
22:06 - 30 Avqust 2021
"Plastik əməliyyatlarımın sayını itirmişəm. Başqaları kimi demirəm ki, oturdum, anadangəlmə dünya gözəli idim".
Manşet.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Ziq-zaq" proqramında deyib. Müğənni etdirdiyi plastik əməliyyatlardan danışıb:
"Üzümdə təkcə burnuma müdaxilə etdirmişəm. Ana olmuşam, iki övlad dünyaya gətirmişəm. Səhnə adamıyam, nə cür olmalı idi? Elə qadınlar var ki, səhnə adamı deyil, amma özlərinə baxır. Şişirtməklə yox, kəsib-doğramaqla dəyişirəm. Bir şey varsa, gözümə görünürsə, kəsib yox edirəm. Bu mənim daxilimdir, oynanılası nəsə yoxdur".
L.Məmmədova sosial şəbəkədə yeni görünüşünün tənqid edilməsinə münasibət bildirib:
"İnsanları da anlayıram. Amma kiminsə burnu, qulağı xoşuma gəlməsə, yazmaram, niyə bu gündəsən. Gərək daşdan, divardan olasan ki, həmin sözlər sənə təsir etməsin. O qədər həyatları gözəl osun ki, girib mənə nəsə yazmağa vaxtı olmasın".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin