“Sabah”ın eks-məşqçisinin Azərbaycandan çıxışına “stop” qoyuldu

13:49 - 10 Mart 2023

“Sabah”ın eks-məşqçisinin Azərbaycandan çıxışına “stop” qoyuldu

“Sabah” futbol klubunun keçmiş baş məşqçisi Sopiç Zeljkonun Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində Bakı Kommersiya Məhkəməsi qərar çıxarıb. Belə ki, Sopiç dövlət büdcəsinə olan 4600 manat vergi borcunu ödəmədiyi üçün ölkəni tərk etməsi qadağan edilib.

Onun barəsində Dövlət Vergi Xidməti tərəfindən qaldırılan iddia hakim Leyla Əliyeva tərəfindən təmin olunub.

Maraqlıdır ki, xorvatiyalı mütəxəssis hazırda Azərbaycanda deyil. Qanunlarımıza görə, ölkədə olmayan şəxsin çıxışına məhdudiyyət qoyulursa, həmin şəxs hər hansı vaxt Azərbaycana gələrsə, onun ölkədən çıxışı qadağan edilir.

Xatırladaq ki, Sopiç 2019-2020-ci illərdə “Sabah”ın baş məşqçisi olub. 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin