PKK-nın Afrini atəşə tutması nəticəsində 8 dinc sakin yaralandı

21:56 - 30 Avqust 2021

PKK-nın Afrini atəşə tutması nəticəsində 8 dinc sakin yaralandı

PKK terror təşkilatının silahlıları Suriyanın Afrin şəhərini raket atəşinə tutub.

Bu barədə Manşet.az report-a istinadən xəbər verir.

Məlumata görə, atəş nəticəsində 8 dinc sakin yaralanıb. Onlardan 5-i uşaqlardır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, Tel Rıfat yaşayış məntəqəsi ərazisindən Afrinə 6 raket atılıb.

Xatırladaq ki, PKK silahlıları bir neçə gün əvvəl də Afrini raket atəşinə tutub. Nəticədə 1-i uşaq olmaqla 3 mülki şəxs həyatını itirib, 4 nəfər isə xəsarət alıb.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin