Pentaqon Rusiyanı Haaqadan qoruyur - NYT

13:34 - 10 Mart 2023

Pentaqon Rusiyanı Haaqadan qoruyur - NYT

“New York Times” qəzeti Pentaqon Bayden administrasiyasına Rusiyanın hərbi cinayətlərinə dair sübutların Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilməsinə mane olduğunu iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) prezident Co Bayden administrasiyasının Ukraynada mümkün müharibə cinayətlərinə dəlil təşkil edəcək məlumatları Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) ötürməsinin qarşısını almağa çalışdığı iddia edilib.

New York Times qəzetinin ABŞ rəsmilərinə əsaslanaraq verdiyi xəbərində yüksək rütbəli əsgərlər dəlil olaraq toplanan məlumat və sənədlərin ICC ilə paylaşılması halında digərlərinə presedent yaradacağı səbəbiylə Ağ Evin qarşısını almağa çalışırlar.

Mərkəzi Haaqada olan ICC 1998-ci ildə Roma Statutuna əsasən soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxsləri mühakimə etmək üçün yaradılıb. Birləşmiş Ştatlar onun yaradılmasının əleyhinə səs vermişdi və onu imzalamamışdı. Rusiya da 2016-cı ildə sazişdən çıxıb.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin