İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

13:30 - 10 Mart 2023

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Mart ayının 9-da saat 22:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Manset.az-a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

Ərazidə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 61 kiloqram 810 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin