“Atabəylər: Şəmsəddin Eldəniz” serialının yayımlanacağı vaxt AÇIQLANDI - VİDEO

13:11 - 10 Mart 2023

“Atabəylər: Şəmsəddin Eldəniz” serialının yayımlanacağı vaxt AÇIQLANDI - VİDEO

“Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı tarixi bədii televiziya filminin Azərbaycan Televiziyasında anonsları yayımlansa da, lakin nümayiş olunmaması söz-söhbətlərə səbəb olub.
 

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva ilə əlaqə saxlayıb.  

Televiziyanın sözçüsu bildirib ki,  “Atabəylər: Şəmsəddin Eldəniz” tarixi serial sentyabr ayından etibarən AzTV-nin efirində tamaşaçılara təqdim olunacaq.  
 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin