Azərbaycanda karantin rejimi tezliklə ləğv edilə bilər - AÇIQLAMA

12:35 - 10 Mart 2023

Azərbaycanda karantin rejimi tezliklə ləğv edilə bilər - AÇIQLAMA

Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı 828 825 nəfər təşkil edib ki, onlardan 818 497 nəfər müalicə olunaraq sağalıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, pandemiya dövründə ölkəmizdə 10 138 nəfər koronavirus qurbanı olub.

Məlumat üçün bildirək ki, hazırda ölkədə 190 aktiv koronavirus xəstəsi var. Həm yoluxma, həm də aktiv xəstələrlə bağlı rəqəmlərin aşağı olması Azərbaycanda tezliklə karantin rejiminin ləğv ediləcəyini gündəmə gətirib. Soisal şəbəkələrdə də may ayından etibarən aktiv qadağaların və ölkədə karantin rejiminin ləğvinin mümkünlüyü barədə müzakirələr gedir.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik və karantin rejiminin maydan etibarən ləğvinin mümkünlüyünü soruşduq. Tanınmış professor BAKU.WS-ə bildirdi ki, hər bir ölkə epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul edə bilər:

"Koronavirus pandemiyasının sonu ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) raportu ortada yoxdur. Bu o deməkdir ki, proses davam edir. Lakin hər bir ölkə öz epidemioloji vəziyyətini dəyərləndirib ayrıca qərar verə bilər. Biz bunun bir neçə ölkədə şahidi olmuşuq.

Azərbaycan epidemioloji vəziyyəti ciddi şəkildə izləyir və lazım olan halda müvafiq qərarlar veriləcək. Hesab edirəm ki, pandemiyanın sonu yaxınlaşır və bu müddət çox uzaqda deyil. Azərbaycanda vəziyyət stabilləşəndən sonra müvafiq qərarlar ictimaiyyətə açıqlanacaq".


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin