İlon Mask bu ölkədə öz şəhərini quracaq

11:47 - 10 Mart 2023

İlon Mask bu ölkədə öz şəhərini quracaq

SpaceX və Twitter-in sahibi İlon Maskın ABŞ-ın Texas ştatı yaxınlığındakı ərazidə öz şəhərini qurmağı planlaşdırdığı bildirilir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən şəhər Ostin əyalət şəhəri yaxınlığında yerləşən Bastrop qraflığında tikiləcək.

Tikintisi davam edən “Boring” və “SpaceX” obyektlərinin yanındakı ərazidə təməlinin atılması planlaşdırılan şəhərdə Maskın şirkətlərində çalışanların bazardan aşağı kirayə haqqı ilə yeni evlərə köçməsinə şərait yaradacağı iddia edilir.

Texas qanunu bir rayonun şəhər sayılması üçün ərizə verilməzdən əvvəl həmin rayonda ən azı 201 nəfərin yaşamasını tələb edir. Bu prosesdən sonra rayon hakimindən razılıq alınır.

Bastrop qraflığından bir səlahiyyətlinin verdiyi açıqlamada qeyd edilib ki, Maskdan və ya onun sahibi olduğu hər hansı təşkilatdan hələlik heç bir müraciət daxil olmayıb.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin