Alimlər "havadan" elektrik enerjisi əldə etməyin yolunu tapdılar – İnqilabi kəşf

11:32 - 10 Mart 2023

Alimlər

Alimlər havanı elektrik enerjisinə çevirən, demək olar ki, sonsuz təmiz enerji mənbəyini potensial olaraq açan bir ferment kəşf etdilər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avstraliyanın Melburn şəhərindəki Monaş Universitetindən olan bir qrup alim, torpaq bakteriyalarından hidrogeni istehlak edən bir fermentin atmosferdən enerji mənbəyi kimi istifadə edərək elektrik cərəyanları yarada biləcəyini müəyyən edib.

Monaş Universitetinin professoru Kris Qrininq, "Biz bir müddətdir ki, Antarktika torpaqlarında, vulkanik kraterlərdə və okeanın dərinliklərində yaşayan bakteriyaların havadakı hidrogendən böyümək və sağ qalmaq üçün enerji mənbəyi kimi istifadə edə biləcəyini bilirik" – deyib.

Bu kəşf “Nature” elmi jurnalında dərc olunan "Atmosfer hidrogenindən bakteriya enerjisinin çıxarılmasının struktur əsasları" adlı məqalədə ətraflı təsvir edilib.

Tədqiqatçıların fikrincə, “Huc” adlı ferment "təəccüblü dərəcədə sabit" və "havadan enerji" istehsal etməkdə yüksək təsirli olduğunu sübut etdi.

Təcrübələr göstərdi ki, təmizlənmiş Huc-u elektrik enerjisi istehsal etmək gücünü itirmədən dondurma və ya 80 dərəcə Selsi temperaturunda uzun müddət saxlamaq mümkündür.

"Təbii batareya" fermenti Huc-un ilk tətbiqləri günəş enerjisi ilə işləyən cihazlara alternativ olaraq kiçik hava ilə işləyən qurğuları əhatə edir.

Manşet.az


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin